Quba rayonunun ucqar yaşayış məntəqələrinə dolu yağıb.
BUTA.TV xəbər verir ki, dəniz səviyyəsindən 1200 metrdən yüksəklikdə yerləşən Aydınkənd yaşayış məntəqəsinin sakinləri Azərtac-a bildiriblər ki, iyirmi dəqiqə ərzində yağan güclü dolu tərəvəz və otlaq sahələrinə ciddi ziyan vurub.
Sakinlər iyun ayında belə dolu yağmasına nadir hallarda rast gəldiklərini qeyd ediblər.
Qəfil başlayan dolu təsərrüfat sahələrinə ziyan vurmaqla yanaşı, bir müddət əvvəl ərazidə baş verən sürüşmə prosesini də aktivləşdirib. Dağlardan qopan daş və qaya parçaları bəzi həyətyanı sahələrə tökülüb.
Faktla bağlı yerli icra hakimiyyəti qurumları məlumatlandırılıb.
- Kirayə mənzillər bahalaşacaq - Səbəb
- Prezidentin qızı məşhur şeiri səsləndirdi - Video
- Elə yerdə “drift” etdilər ki, görənlər süni intellekt sandı - Polis saxladı+Video
- Qubaya dolu yağdı
- Sabah evdən çıxanlar diqqətli olsun!
- “4 nəfər həlak olub, 4 nəfər isə yaralanıb” - XİN məlumatı yenilədi
- Tanışlarına zor tətbiq edərək telefonunu aldılar - Anbaan video
- Bakı bulvarı bu gün rəngarəng idi - Video+Fotolar