Bəzi sosial şəbəkələrdə vətəndaşa məxsus Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi 29 ünvanında yerləşən mənzilin naməlum şəxslər tərəfindən onun xəbəri olmadan sökülməsi ilə bağlı əsassız məlumatlar yayılıb.
BUTA.TV xəbər verir ki, məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən Trend-ə verilən açıqlamada sözügedən ərazidə istismar müddətini başa vurmuş, qəzalı vəziyyətdə olan və şəhərin estetik görünüşünə xələl gətirən binaların söküntüsünün həyata keçirildiyi bildirilib.
Məlumata görə, bu proses qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə və sakinlərə müvafiq kompensasiyalar ödənilməklə aparılır.
İcra hakimiyyətindən bildirilib ki, sözügedən mənzilin sahibi N.Nəbiyev tərəfindən cari ilin 23 aprel tarixində müvafiq razılıq protokolu imzalanıb, bununla da ona təklif olunan kompensasiya məbləği ilə razılaşdığı təsdiq edilib. Bu səbəbdən mənzilin sahibinin məlumatı və razılığı olmadan söküntü aparılması barədə yayılan iddialar həqiqəti əks etdirmir.
“Sözügedən ərazidə söküntü işləri aidiyyəti qurumların iştirakı ilə, tərəflərin qarşılıqlı razılığı əsasında və qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilir. Media nümayəndələrini yalnız rəsmi mənbələrə istinad etməyə və təsdiqlənməmiş məlumatların yayılmamasına çağırırıq”, - deyə məlumatda qeyd edilib.
- Mürsəl Əliyevə nazirlikdə yüksək vəzifə verildi
- Mərkəzi Bankın köhnə binası söküləcək? - Ekspert
- Baş mühəndis institutun rəhbəri oldu
- Bu rayonlara intensiv yağış yağır
- Şagirdi döyən idman müəllimi cəzalandırıldı
- Kəlbəcərdə həyatını itirən Rəcəbin - Fotosu
- Vurulan gəmidə yaralanan azərbaycanlıların son durumu - Foto
- Ömər aşırımında iki hərbçimiz dərəyə yıxılıb - Biri həlak oldu