Azərbaycanda iyunun 7-də havanın yağıntılı olacağı gözlənilir.
BUTA.TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gündüz hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 16-19° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz 55-60% təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi, gecə yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18°, bəzi yerlərdə 20-25° isti olacaq.
- Binədə mağazada yanğın baş verdi - Video
- Əsgər yoldaşını xilas etdi, özü həlak oldu - Foto
- Oyunda dalaşdılar - Ayxan Abbasov millidən qovdu-Video
- Bazar günü hava necə olacaq?
- Zərgərpalan küçəsindəki söküntü ilə bağlı iddialara - Rəsmi cavab
- Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri...
- Ötən ay Bakı və Abşerona 749% normadan artıq yağıntı düşüb
- Bu iki gündə Bakı bulvarına mütləq gedin! - Fotolar