2026-cı il iyunun 5-nə keçən gecə Azov dənizinin Taqanroq körfəzində iki yük gəmisi - Türkiyədən Rostov-na-Donuya taxıl yükləmək üçün ballast vəziyyətində hərəkət edən “Natra” və “Zirkon” quru yük gəmiləri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Hücumlar nəticəsində beş nəfər həlak olub.
BUTA.TV Trend-ə istinadla xəbər verir ki, bu barədə yerli mətbuata istinadən Bakı vaxtı ilə saat 04:04-də daxil olmuş və redaksiyanın sərəncamında olan Taman Dəniz Xilasetmə və Koordinasiya Mərkəzinin məlumatında bildirilir.
"Natra" gəmisinə dörd PUA zərbəsi endirilib, ekipajın iki üzvü həlak olub. Yanğın ekipaj üzvləri tərəfindən söndürülüb, gəmi suyun üzərində qalır və yedəyə alınmasına ehtiyac var. ‘Zirkon’ gəmisində də üst tikili hissəsinə dörd zərbə qeydə alınıb, ekipajın üç üzvü həlak olub. Ekipaj üzvləri xilasedici qayıqlarla gəmini tərk edib, gəmidə yanğın davam edir”, - deyə operativ məruzədə qeyd olunur.
“Natra” quru yük gəmisində (Beliz bayrağı altında üzür) 12 nəfər, “Zirkon” quru yük gəmisində (Palau bayrağı altında üzür) isə 14 nəfər olub. Onların hamısı fərdi qaydada muzdlu dənizçi kimi işə götürülmüş Azərbaycan vətəndaşları olub. Hər iki gəmi xarici bayraq altında üzür və Azərbaycan dövlətinə aid deyil.
Hücumlar arasında bir saatdan bir qədər artıq vaxt fərqi olub: “Natra” saat 00:45-də, “Zirkon” isə saat 01:55-də vurulub.
Sağ qalan dənizçilər faciə baş verən ərazidən keçən üç gəmi tərəfindən xilas ediliblər. Səhərə yaxın bütün xilas olunanlar Yeysk limanına çatdırılıb. Suyun üzərində qalan və zədələnmiş “Natra” gəmisinin yedəyə alınması üçün iki yedəkçi gəmi hadisə yerinə göndərilib.
- Qarabağa köçən neçə nəfər məşğulluqla təmin olunub?
- Bakıda xanım sərnişin avtobusa hücum etdi - Video
- Ölkədə bütün ambulans parkları ilə bağlı yeni xəbər
- AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
- Türk bloqerə dediklərinə görə peşman olduğunu açıqladı
- Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı tələblər
- Bu marketdə istehlaka yararsız məhsullar aşkarlandı
- Rusiyalı tədqiqatçıdan Xəzərlə bağlı bədbin proqnoz