Rüsvayçı tarixi hadisəni qeyd etmək istəyirəm. İrəvanda Respublika meydanında siyasi qüvvələrdən biri Azərbaycan dilində musiqi, yaxud mətn səsləndirdi və bununla Ermənistan hakimiyyətini 300 min azərbaycanlını ölkəyə gətirmək niyyətində ittiham etdi.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan seçkiöncəsi teledebat zamanı deyib.
“2021-ci ildə seçkiöncəsi kampaniya zamanı debatlarda iştirak edən insan yenə eyni taktikadan istifadə etdi.
O zaman onlar bildirirdilər ki, vətəndaşlar Mülki Müqavilə Partiyasına səs versələr, azərbaycanlılar Göyçə gölünün şərqində yaşayacaqlar. İndi deyin, nə qədər azərbaycanlı orada yaşayır? Biz bu mövzunu bağlamışıq.
Amma onlar bu mövzunu açırlar və İrəvanın mərkəzində azərbaycanca çıxış səsləndirirlər”, - Paşinyan qeyd edib.
Qeyd edək ki, rusiyalı oliqarx Samvel Karapetyanın tərəfdarlarının İrəvanda keçirilən mitinqində Azərbaycan dilində mətn səsləndirilib. Mətndə guya azərbaycanlı ailə İrəvanda erməni evinə yerləşməsini müzakirə edir.
- Qarabağa köçən neçə nəfər məşğulluqla təmin olunub?
- Bakıda xanım sərnişin avtobusa hücum etdi - Video
- Ölkədə bütün ambulans parkları ilə bağlı yeni xəbər
- AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
- Türk bloqerə dediklərinə görə peşman olduğunu açıqladı
- Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı tələblər
- Bu marketdə istehlaka yararsız məhsullar aşkarlandı
- Rusiyalı tədqiqatçıdan Xəzərlə bağlı bədbin proqnoz