Ermənistanda “Müqəddəs mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan ev dustaqlığına buraxılıb.
BUTA.TV erməni mediasına istinadla xəbər verir ki, apellyasiya məhkəməsi Qalstanyan barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar qəbul edib.
Onun cinayət işi üzrə digər təqsirləndirilən şəxslərlə əlaqə saxlaması qadağandır.
Xatırladaq ki, "Müqəddəs mübarizə" hərəkatının 18 üzvü "terror aktına hazırlıq və hakimiyyəti ələ keçirməyə cəhd" işi üzrə ittiham olunur. Hərəkatın lideri Qalstanyan və onun tərəfdarları ötən il iyun ayının sonunda həbs olunublar.
- Qarabağa köçən neçə nəfər məşğulluqla təmin olunub?
- Bakıda xanım sərnişin avtobusa hücum etdi - Video
- Ölkədə bütün ambulans parkları ilə bağlı yeni xəbər
- AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
- Türk bloqerə dediklərinə görə peşman olduğunu açıqladı
- Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı tələblər
- Bu marketdə istehlaka yararsız məhsullar aşkarlandı
- Rusiyalı tədqiqatçıdan Xəzərlə bağlı bədbin proqnoz