Milli Məclisdə sürücülük hüququndan məhrumetmə həddinin 20 baldan 40-50 bala qaldırılması təklifi müzakirə olunub.
BUTA.TV xəbər verir ki, parlamentin bugünkü iclasında səsləndirilən təklifə əsasən, peşəkar sürücülər və taksi fəaliyyəti ilə məşğul olan şəxslər üçün mövcud 20 ballıq limitin artırılması məqsədəuyğun hesab edilir.
Bildirilib ki, şəhərdaxili və bölgələrarası marşrutlarda çalışan sürücülər yollarda adi sürücülərlə müqayisədə 5-8 dəfə daha çox vaxt keçirirlər. Xüsusilə taksi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sürücülük əsas gəlir mənbəyidir və onların böyük hissəsi ailəsinin yeganə qazanc sahibidir.
Müzakirələr zamanı qeyd olunub ki, uzun saatlar ərzində sükan arxasında olan sürücülər kiçik qayda pozuntularına görə daha sürətlə 20 ballıq həddə çatırlar. Nəticədə sürücülük hüququnun itirilməsi onların gəlir mənbəyindən məhrum olmasına, ailə büdcəsinə mənfi təsir göstərməsinə, bəzi hallarda isə işsizliyə və maliyyə problemlərinə səbəb olur.
Diqqətə çatdırılıb ki, mövcud 20 ballıq limit peşəsi sürücülük olan şəxslər üçün qeyri-bərabər şərait yaradır. Adi sürücülər alternativ nəqliyyat vasitələrindən istifadə edə bildiyi halda, peşəkar sürücülər sürücülük hüququnu itirdikdə gəlirlərini də itirmiş olurlar.
Təkliflər sırasında sürücülük hüququndan məhrumetmə həddinin 20 baldan 40-50 bala qaldırılması, bal sisteminin yalnız kobud qayda pozuntularına tətbiq edilməsi və ilk dəfə törədilən yüngül pozuntular zamanı yalnız cərimə ilə kifayətlənilməsi kimi məsələlər yer alıb.
- Qarabağa köçən neçə nəfər məşğulluqla təmin olunub?
- Bakıda xanım sərnişin avtobusa hücum etdi - Video
- Ölkədə bütün ambulans parkları ilə bağlı yeni xəbər
- AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
- Türk bloqerə dediklərinə görə peşman olduğunu açıqladı
- Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı tələblər
- Bu marketdə istehlaka yararsız məhsullar aşkarlandı
- Rusiyalı tədqiqatçıdan Xəzərlə bağlı bədbin proqnoz