Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat pul ayrılacaq.
BUTA.TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan milli yığma komandasının 2026-cı il minifutbol üzrə Avropa çempionu olması ilə əlaqədar 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb.
Maliyyə Nazirliyi Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
- Sabah hava necə olacaq?
- Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş
- Bakının 6 rayonunda avtomobil yolları təmir ediləcək
- Nə dilək tutmuşdu? - Tarixə düşən ad günü
- Başı stadionun dəmirləri arasında qaldı - Video
- “ABŞ-ni sevirik, amma ona tabe deyilik” - Saziş haqda danışdı
- Bəzi rayonlara intensiv yağış yağır
- Blogerin bacısı qəzada öldü - Foto