Mehdiyevin ailə bankı BOKT oldu

15:57 - 13 İyun 2026 - GÜNDƏM

 Mehdiyevin ailə bankı BOKT oldu

"Bank BTB" ASC öz təşkilati-hüquqi formasını və adını dəyişdirərək "T-Kredit" MMC Bank Olmayan Kredit Təşkilatına (BOKT) çevrildiyini elan edib.

BUTA.TV xəbət verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzeti məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 5 mart 2026-cı il tarixli qərarına əsasən, mövcud qanunvericiliyə uyğun şəkildə "Bank BTB" ASC-nin müraciəti nəzərə alınaraq onun bank olmayan kredit təşkilatı formasında yenidən təşkil edilməsinə əvvəlcədən razılıq verilmişdi.

Bankın aktivləri və öhdəlikləri "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə (ABB) ötürülüb.

Xatırladaq ki, "Bank BTB" 2010-cu ildə təsis edilib. Bankın nizamnamə kapitalı 71,45 milyon manat təşkil edir. “Bank BTB” ASC-nin səhmlərinin 74.98%-i (49 829 ədəd) Ramiz Mehdiyevin gəlini Nigar İsmayıl qızı Mehdiyevaya məxsus olub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol