“Azərsun Holdinq” 13–14 iyun tarixlərində Şamaxıda Barbekü festivalının keçirilməsinə dəstək göstərir.
Ölkənin ən maraqlı qastronomiya festivallarından hesab olunan BBQ Fest zəngin kulinariya ənənələrini və əyləncəni bir araya gətirəcək. Festival çərçivəsində müxtəlif təamlarının təqdimatı, kulinariya şouları və əyləncə proqramları təşkil olunacaq.
Qida sənayesində uzun illərdir fəaliyyət göstərən və milyonlarla istehlakçının etibarını qazanan “Azərsun Holdinq” ölkədə qastronomiya mədəniyyətinin inkişafına, keyfiyyətli qida məhsullarının təbliğinə və ictimai əhəmiyyət daşıyan layihələrin dəstəklənməsinə xüsusi önəm verir. BBQ Fest-in Baş sponsoru qismində iştirak da şirkətin bu istiqamətdə həyata keçirdiyi təşəbbüslərin davamıdır.
“Azərsun Holdinq”in tərkibində fəaliyyət göstərən yağlar, souslar və digər qida markaları bu festivalda iştirak edərək ziyarətçiləri öz məhsullarından ikram edəcəklər.
- Hadrut və Qırmızı Bazara növbəti köç oldu - Foto
- Xüsusi qabiliyyət imtahanlarına start verilir
- "Qurtuluş"un rəhbəri hakim qarşısında...
- Məcburi köçkün statusu yenidən tənzimlənir
- Yaş məhdudiyyəti: yeni cərimələr müəyyənləşir
- 4 xəstəxanada yoxlama aparılır - Rəsmi
- TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır
- TƏBİB: 31 əməkdaş intizam məsuliyyətinə cəlb edilib