Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin onu parlament seçkilərində qalib gəlməsi münasibətilə hələ təbrik etməməsinə münasibət bildirib.
“BUTA.TV” “News.am”a istinadən xəbər verir ki, Paşinyan bu barədə brifinqdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Belə ki, jurnalistlərin Putinin Paşinyanı niyə təbrik etmədiyi barədə sualına cavab verən Ermənistan Baş naziri bu faktı təsdiqləyib və ironiya ilə “Ümid edək ki, təbrik edəcək” deyib.
Xatırladaq ki, Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası iyunun 7-də keçirilən parlament seçkilərində qalib gəlib. Kremlin rəsmi sözçüsü Dmitri Peskov Rusiyanın Ermənistandakı seçkilərin rəsmi nəticələri açıqlandıqdan sonra N.Paşinyana qələbə münasibətilə təbrik göndərəcəyini bəyan edib. Ermənistan Mərkəzi Seçki Komissiyası isə seçkilərin yekun nəticəsini iyunun 14-də açıqlayacaq.
- "Nar" abunəçiləri üçün eSIM nömrələrdə Asan İmza xidməti...
- Göygöldə 2 nəfər göldə batdı
- Paşinyanın partiyasından deputat seçilən Həsənov və qızı...
- Prezident onlara yüksək vəzifə verdi
- Kondisioner işləmədi, “Bakı Bus”da qalmaqal yarandı
- Şəhid övladları üçün “Məzun Günü” tədbiri təşkil olundu
- Bakı metrosu yay qrafikinə keçir
- DSMF-nin xərcləri 3 milyard 440 milyon manat olub