Urmiya gölü ilə bağlı şad xəbər

14:15 - 10 İyun 2026 - GÜNDƏM

 Urmiya gölü ilə bağlı şad xəbər

Son 1 il ərzində Urmiya gölünün su miqdarı 18 dəfə artıb.

BUTA.TV xəbər verir ki, bunu Qərbi Azərbaycan əyaləti Ətraf Mühitin Mühafizəsi İdarəsinin başçısı Höccət Cabbari deyib.

Onun sözlərinə görə, hazırda Urmiya gölündə mövcud olan su miqdarı 4 milyard 280 milyon kubmetrdir.

Qeyd edək ki, Urmiya gölünün maksimum tutumu 32, orta tutumu isə 15 milyard kubmetrdir.

May ayında Urmiya gölündə su miqdarı 3.5 milyard kubmetrə çatmışdı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol