Ələt Azad İqtisadi Zonasının ərazisində inşa olunan yük hava limanının gələn il istifadəyə verilməsi planlaşdırılır.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda keçirilən "Texnovasiya - dayanıqlı iqtisadi transformasiya naminə elm və innovasiya" tədbirində deyib.
Onun sözlərinə görə, yük hava limanının tikintisinə 2024-cü ilin martında başlanılıb və bu, Azərbaycanın azad iqtisadi zona ərazisində yerləşən ilk hava limanı olacaq.
Valeh Ələsgərov bildirib ki, hava limanı yüksək texnologiyalı şirkətlərin cəlb edilməsinə və zonanın logistika imkanlarının genişlənməsinə xidmət edəcək.
O əlavə edib ki, investorları cəlb etmək üçün təkcə vergi və gömrük güzəştləri deyil, həm də hazır infrastruktur, sürətli xidmətlər və əlverişli logistika imkanları vacibdir.
- Məhərrəm ayı başlayır
- Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı
- Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
- Sabah yağış yağacaq
- Azərbaycan və İran Araz çayı ilə bağlı razılaşdı
- Pensiya alanların nəzərinə!
- Ələtdəki hava limanı nə vaxt istifadəyə veriləcək?
- SOCAR yalnız neft-qaz satmır, həm də... - Nazir müavini