Məncə, artıq ölkədə neft hasilatının sabitləşdiyi reallığı ilə üz-üzəyik. Eyni zamanda 2020-2025-ci illər arasında qaz hasilatında çox sürətli artım müşahidə etdik. Düşünürəm ki, yaxın gələcəkdə qaz hasilatında da eyni tempdə artım görməyəcəyik.
BUTA.TV xəbər verir ki, bu sözləri energetika nazirinin müavini Elnur Soltanov “Texnovasiya - dayanıqlı iqtisadi transformasiya naminə elm və innovasiya” forumunda deyib.
“Bu baxımdan SOCAR-ın fəaliyyəti çox yaxşı nümunədir. Əvvəllər SOCAR sovet dövrünün standartlarına görə böyük uğurlar əldə etmişdi. Lakin maliyyə və texnologiya baxımından xarici tərəfdaşların dəstəyinə ehtiyac duyur və bunun müqabilində onlara yüksək ödənişlər edirdi.
Bu gün isə fərqli mənzərə görürük. SOCAR Azərbaycanda, Gürcüstanda, Türkiyədə və Avropa ölkələrində, o cümlədən İtaliyada dəyər zənciri üzrə daha yüksək mərhələlərə doğru irəliləyir.
SOCAR artıq yalnız neft və qaz hasil edib satmır. Şirkət getdikcə öz bilik və bacarıqlarını ixrac edən quruma çevrilir. Söhbət artıq təkcə enerji resurslarının deyil, peşəkar biliklərin və təcrübənin ixracından gedir”, - o vurğulayıb.
- “Apreldə Bodruma turpaket aldıq, indi əlavə 330 manat istəyirlər”
- Məhərrəm ayı başlayır
- Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı
- Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
- Sabah yağış yağacaq
- Azərbaycan və İran Araz çayı ilə bağlı razılaşdı
- Pensiya alanların nəzərinə!
- Ələtdəki hava limanı nə vaxt istifadəyə veriləcək?