70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı - Video

11:15 - 11 İyun 2026 - GÜNDƏM

 70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı - Video

Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb.

BUTA.TV” DİN-ə istinadən xəbər verir ki, Nərimanov rayonunda yerləşən evlərin birindən ümumi dəyəri 70 min manat olan qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı Elgüc Məmmədov saxlanılıb.

Xəbəri rus dilində oxuyun: Ограбил дом и ушел в куртке хозяина - ВИДЕО

Bu xəbər hal-hazırda çox oxunur
İrana qarşı hücumlar başa çatdı - Yenilənib

Araşdırmalar zamanı məlum olub ki, o, zərərçəkənlərin evdə olmadığını öyrəndikdən sonra mənzilə daxil olub. E.Məmmədov oğurluq edəndən sonra isə diqqət çəkməmək üçün ev sahibinə məxsus gödəkçəni geyinərək hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol