Bakıdan bu şəhərə birbaşa reys açılır

16:00 - 10 İyun 2026 - GÜNDƏM

 Bakıdan bu şəhərə birbaşa reys açılır

Azərbaycan Hava Yolları (AZAL) QSC Bakı–Maskat aviareysinin açılmasını planlaşdırır.

BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycanın Omandakı səfirliyinin məlumatında bildirilib.

Məlumata əsasən, AZAL Oman Sultanlığının paytaxtı Maskatda Bakı–Maskat çarter reysinin təqdimat mərasimini keçirib. Tədbirdə Azərbaycanın Omandakı səfiri Rəşad İsmayılov da iştirak edib.

Mərasimdə çıxış edən diplomat yeni aviareysin Azərbaycan və Oman arasında turizm, biznes və insanlararası əlaqələrin genişlənməsinə mühüm töhfə verəcəyini qeyd edib.

Yeni marşrutun iki ölkə arasında əməkdaşlığın inkişafına əlavə imkanlar yaradacağı vurğulanıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol