Bu ölkə adını dəyişir

08:31 - 11 İyun 2026 - GÜNDƏM

 Bu ölkə adını dəyişir

Sakit okeanda yerləşən və dünyanın ən kiçik respublikası hesab edilən Nauru müstəmləkə dövründən qalan izlərdən uzaqlaşmaq və milli kimliyini gücləndirmək məqsədilə rəsmi adını dəyişdirməyə hazırlaşır.

BUTA.TV” xəbər verir ki, ölkə rəhbərliyi dövlətin bundan sonra yerli dildəki adı olan “Naoero” kimi tanınmasını təklif edib.

Parlament tərəfindən etirazsız qəbul edilən təşəbbüs yaxın vaxtlarda ümumxalq səsverməsinə çıxarılacaq.

Nauru Prezidenti David Adeanq parlamentdə çıxışı zamanı bildirib ki, ad dəyişikliyi ölkənin dili, mədəniyyəti və tarixi irsinə hörmətin ifadəsidir.

Bu xəbər hal-hazırda çox oxunur
Bakıdan bu şəhərə birbaşa reys açılır

Hökumətin açıqlamasına görə, “Naoero” adanın yerli dildəki adıdır. “Nauru” formasından isə uzun illər xarici ölkə vətəndaşlarının tələffüzünü asanlaşdırmaq məqsədilə istifadə olunub.

Cəmi 21 kvadratkilometr əraziyə və təxminən 13 min nəfər əhaliyə malik olan ada dövləti tarix ərzində bir neçə fərqli ad daşıyıb. 1798-ci ildə adaya çatan britaniyalı dənizçilər onu “Pleasant Island” (“Xoş Ada”) adlandırıblar. Almaniya 1888-ci ildə adanı ilhaq etdikdən sonra isə “Nauru” adı rəsmiləşdirilib.

1919-cu ildən etibarən Avstraliyanın idarəçiliyinə keçən ada 1968-ci ildə müstəqillik qazansa da, mövcud adını qoruyub saxlayıb.

UNESCO Nauru dilini “kritik təhlükə altında olan dillər” siyahısına daxil edib. Yerli əhali gündəlik həyatda bu dildən istifadə etsə də, dil məktəblərdə tədris olunmur.

Rəsmilər hesab edirlər ki, “Naoero” adının rəsmiləşdirilməsi dilin və milli kimliyin gələcək nəsillərə ötürülməsinə töhfə verəcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol