“Tur şirkətindən aylar öncə - apreldə Bakı-Bodrum-Bakı reysi üzrə turpaket aldıq, indi uçuşa 1 həftə qalmış əlavə pul tələb edirlər”.
Bu şikayətlə “BUTA.TV”ya vətəndaş Ş.Nəsibova müraciət edib.
O qeyd edib ki, məsələdən narazı olan xeyli sərnişin var. Aylar öncə Türkiyə istiqamətinə səyahət rezervasiyası edən müştəri, uçuşa bir həftə qalmış “sürpriz”lə qarşılaşıb. Belə ki, “Summer Tour” şirkəti tərəfindən əlavə 65 ABŞ dolları tələb edilib: “İlk dəfədir belə halla qarşılaşırıq. Ödəniş edildikdə əvvəlcədən bütün biletlər alınır, planlar qurulur. Amma tətilimizə bir həftə qalmış şirkət bizdən əlavə ödəniş tələb edir, bu məbləğ də təbii ki, yüksəkdir və başadüşülən deyil. Təsəvvür edin ki, 3 nəfərik və 5 minə yaxın pul ödəmişik, indi də adambaşına əlavə 65 dollar (110.86 AZN) istənilir, bu məbləğ 3 nəfər üçün 330 manat təşkil edir ki, ümumi məbləğ absurd rəqəmə çevrilir...”
Şikayətçi, həmçinin qeyd edib ki, bununla bağlı əvvəldən heç bir məlumat verilməyib.
Məsələ ilə bağlı turoperator “Summer Tour Azərbaycan” MMC şirkətinin öz saytında məlumat yayımlanıb. Qeyd olunub ki, bu, son dövrlərdə dünyada baş verən geosiyasi hadisələr fonunda beynəlxalq aviasiya bazarında yanacaq qiymətlərində müşahidə olunan dəyişikliklər və bunun aviabiletlərin maya dəyərinə təsiri ilə əlaqədardır: “Nəzərinizə çatdırırıq ki, 26.04.2026-cı il tarixində (həmin tarix daxil olmaqla) rəsmiləşdirilmiş və uçuş tarixi 01.05.2026-cı il tarixindən sonrakı dövrə təsadüf edən rezervasiyalar üzrə aşağıdakı yanacaq əlavələri tətbiq ediləcək:
27.04.2026-cı il tarixindən (həmin tarix daxil olmaqla) sonra edilmiş və uçuş tarixi 01.05.2026-cı il tarixindən etibarən olan bütün rezervasiyalar üzrə isə qeyd olunan yanacaq əlavələri artıq aviabilet qiymətlərinə daxil edilib. Bununla yanaşı bildiririk ki, “Summer Tour Azerbaijan” MMC ilə imzalanmış Agentlik müqaviləsinin 1 və 2 saylı əlavələrinin qoşmaları ilə təsdiq edilmiş Agentlə Turist arasında imzalanmalı olan müqavilə formasının 2.3.5-ci bəndinə əsasən, şəraitdə obyektiv dəyişikliklər baş verdiyi hallarda Agent turizm xidmətlərinin ilkin razılaşdırılmış dəyərini dəyişdirmək hüququna malikdir.
Купили тур в Бодрум? Придется доплатить
Həmin müqavilə formasının 5.3.3-cü bəndinə əsasən isə, səyahətin qiymətinin nəqliyyat xərclərinin və aviabilet qiymətlərinin artması ilə əlaqədar dəyişdiyi hallarda Agent Turist qarşısında məsuliyyət daşımır.
Eyni zamanda, “Summer Tour Azerbaijan” MMC ilə imzalanmış Agentlik müqaviləsinin 3.3-cü bəndinə uyğun olaraq, Turoperatordan asılı olmayan səbəblərlə turun dəyərində artım yarandıqda, Agent Turoperatora tərəfindən təqdim edilən əlavə hesab əsasında ödənişi tamamlaya və ya Müqavilə və ona əlavələrdə nəzərdə tutulmuş ləğvetmə qaydaları və cərimə şərtlərini nəzərə almaqla turdan imtina barədə qərar qəbul edə bilər.
Əlavə ödənişlə razılaşmayan sərnişinlərin, uçuşa ən azı 7 gün qalmış turagent tərəfindən turoperatoruna məlumat verilməsi şərti ilə, rezervasiyanı cəriməsiz şəkildə ləğv etmək və tam geri ödəniş almaq hüququ var”.
Fidan Etibar
- Bakı metrosu yay qrafikinə keçir
- DSMF-nin xərcləri 3 milyard 440 milyon manat olub
- Putinin onu təbrik etməməsinə ironiya ilə cavab verdi
- Anar Bayramova yeni müavin təyin edildi
- TƏBİB-ə direktor müavini təyin olundu
- Laqunda ayağını doğradı, qan itirmədən öldü
- Azərbaycan Braziliya Ciu-citsu İctimai Birliyinin təşkilatçılığı ilə seminar keçirilib
- “Apreldə Bodruma turpaket aldıq, indi əlavə 330 manat istəyirlər”