Bakı Metropoliteni QSC yay qrafikinə keçir.
Bu barədə BUTA.TV-a səhmdar cəmiyyətindən bildirilib.
Məlumata əsasən, iyunun 16-dan Bakı metropoliteninin hərəkət cədvəli dəyişdiriləcək. Ali məktəblərdə və ümumtəhsil müəssisələrində müntəzəm tədris prosesinin başa çatması, həmçinin fəal istirahət dövrünün başlanması ilə əlaqədar sərnişin axınının azalmasını nəzərə alan "Bakı Metropoliteni" qatarların hərəkətini yay qrafikinə uyğun təşkil edəcək.
Dəyişiklikdən sonra "28 May−Əhmədli" sahəsində qatarlararası interval iş günləri pik saatlarda 2 dəqiqə 18 saniyə, şənbə günlərində 2 dəqiqə 30 saniyə, bazar günlərində isə 3 dəqiqə olacaq.
"Bakmil" və geri istiqamətdə hərəkət cədvəli Bakı metropoliteninin saytında dərc ediləcək. Bənövşəyi xətt, həmçinin "Cəfər Cabbarlı−Xətai" və "Həzi Aslanov−Əhmədli" mənzillərində qatarların hərəkət cədvəli dəyişməyəcək", - məlumatda qeyd olunub.
Nəzarət tədbirləri və monitorinqlər davam etdiriləcək, zərurət yarandıqda xəttə buraxılması üçün ehtiyat qatarlar hazır saxlanılacaq.
Yay hərəkət qrafiki yeni tədris mövsümü başlanana qədər qüvvədə olacaq.
- Yaşayış binasında partlayış: ana xəsarət aldı, övladı öldü
- İki nəfər göldə boğuldu - Biri uşaqdır
- "Nar" abunəçiləri üçün eSIM nömrələrdə Asan İmza xidməti...
- Göygöldə 2 nəfər göldə batdı
- Paşinyanın partiyasından deputat seçilən Həsənov və qızı...
- Prezident onlara yüksək vəzifə verdi
- Kondisioner işləmədi, “Bakı Bus”da qalmaqal yarandı
- Şəhid övladları üçün “Məzun Günü” tədbiri təşkil olundu