Yaşayış binasında partlayış: ana xəsarət aldı, övladı öldü

17:03 - 11 İyun 2026 - GÜNDƏM

 Yaşayış binasında partlayış: ana xəsarət aldı, övladı öldü

Culfa şəhərində yaşayış binasında yanğın olub.

BUTA.TV APA-ya istinadla xəbər verir ki, hadisə şəhərdəki 5 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb.

Hadisə yerinə FHN-in qüvvələri cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb.

Bu xəbər hal-hazırda çox oxunur
İrana qarşı hücumlar başa çatdı - Yenilənib

Yanğın nəticəsində 2004-cü il təvəllüdlü Fidan Zeynalova və övladı 2023-cü il təvəllüdlü Emil Cəfər oğlu Zeynalov xəsarət alıb. Onlar əvvəlcə Culfa Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıblar.

Həkimlərin müdaxiləsinə baxmayaraq, E.Zeynalovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol