Bir ay əvvəl işdən çıxarılmışdı: Klinika direktoru oldu

10:39 - 12 İyun 2026 - GÜNDƏM

 Bir ay əvvəl işdən çıxarılmışdı: Klinika direktoru oldu

Bir ay əvvəl Respublika Pediatriya Mərkəzinin direktoru vəzifəsindən azad olunan Azər Əhmədova yeni vəzifə verilib.

BUTA.TV Qaynarinfo.az-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Məlumata görə, o, "Universal Hospital”ın Tibb Xidmətləri üzrə direktoru təyin edilib.

Qeyd edək ki, A.Əhmədov mayın 12-də Respublika Pediatriya Mərkəzinin direktoru vəzifəsindən azad olunub.

Həkim daha əvvəl K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda direktor müavini vəzifəsində işləyib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol