Xəbər verdiyimiz kimi, Bakıda vəfat edən 18 yaşlı oğlan Beyləqan rayonunda dəfn olunub.
“BUTA.TV”nun əldə etdiyi məlumata görə, orta məktəbin 11-ci sinif şagirdi olan 2008-ci il təvəllüdlü Elvin Zabit oğlu Aslanlının Bakıdakı hotellərin birində öldüyü məlum olub.
Belə ki, iyunun 10-u saat 18 radələrində “Novxanı Spring” hotelində olarkən onun halı qəfil pisləşib və dünyasını dəyişib.
Məktəblinin hoteldəki ölümü ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, E.Aslanlı iyunun 13-ü orta məktəbdən məzun olacaqdı.
Aslan Vəliyev

- “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub
- Milli Məclis Prezident və xanımını təbrik etdi
- DYP məzunlara və valideynlərə müraciət etdi
- Xaçmazda əməliyyat: saxlanılanlar var - Foto
- Bəzi ərazilərə leysan yağır
- Saqqızda 21 yaşlı gənc minaya düşdü
- Əliyev Putini təbrik etdi
- Daha bir nazirlikdən “Son zəng”lə bağlı müraciət