Azov dənizində vurulan "Natra" yük gəmisində sağ qalan vətəndaşlarımızdan biri Lənkəranın Boladi kəndindən olan Elməddin Axundzadədir.
BUTA.TV Baku TV-yə istinadən xəbər verir ki, Elməddin gəmidə elektrik ustası işləyirdi və həmin gecə yaşanan dəhşətli anları belə xatırlayıb.
"Gəmidə 12 nəfər heyət idik. Saat 12:05-də vızıltı səsinə ayıldım. Çöldən qışqırdılar ki, gəmi dronla vurulub, hamı aşağı toplaşmalıdır. İkinci zərbə endirildi. Üçüncü zərbədən sonra əlaqəyə keçmək istədik, lakin daha bir zərbə də gəldi. Beşinci zərbə ilə vəziyyət daha da gərginləşdi. Psixoloji olaraq çox pis idik. Səhəri gözləyirdik ki, cəsədləri axtaraq. Cəsədlərdən birini tapdıq, gəmi isə darmadağın olmuşdu. Bir az axtardıqdan sonra gəminin kapitanını da tapdıq. Sonra ruslar gəlib bizi xilas etdilər. Cəsədləri bir katerə, sağ qalanları isə digər katerə yığdılar. Ruslar şoka düşmüşdülər ki, bu cəsədləri necə çıxarmışıq", - deyə Elməddin bildirib.
Qeyd edək ki, iyunun 5-də Azov dənizində iki xarici yük gəmisinə dronlarla zərbələr endirilib. Nəticədə, dörd Azərbaycan vətəndaşı həlak olub, dörd nəfər yaralanıb. Hər iki gəmidə sağ qalan 19 nəfər azərbaycanlı heyət üzvü ölkəyə gətirilib, həlak olanların nəşləri isə ailələrinə təhvil verilib.
- Hərbçilərimiz Serbiyada təlim keçdi - Foto
- İrana planlaşdırılan zərbələrin ləğv olunduğunu açıqladı
- Axundzadə: ruslar bundan şoka düşmüşdü... - Video
- Azərbaycan dövlətçiliyinin xilası… - Kamal Abdulla
- 1 həftə sonra məzun olacaqdı... - Foto
- Baş Gömrük İdarəsində əməliyyat - Saxlanılanlar var
- “Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq” - Video
- İstifadəçiləri aldadan saxta "CAPTCHA" səhifələri yayıldı