Hesabat ilində sosialyönlü xərclərin maliyyələşməsi üçün dövlət büdcəsi xərclərinin təxminən 40 faizi həcmində və ya 15,3 milyard manat vəsait istifadə olunub. Bu 2024-cü illə müqayisədə 602 milyon manat çoxdur.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Dövlət başçısının aztəminatlı, xüsusən sosial cəhətdən həssas olan insanlara qayğısının təzahürü kimi, ötən il növbəti sosial islahat zərfi reallaşdırılıb, islahat zərfi çərçivəsində minimum əməkhaqları və pensiyalar, sosial müavinət və təqaüdlər artırılıb, islahatın maliyyələşdirilməsinə dövlət büdcəsindən 400 milyon manatdan artıq vəsait sərf edilib”, - deyə S.Babayev qeyd edib.
Nazir, ümumilikdə, son 5 ildə sosialyönlü xərclərin 3,9 mlrd. manat artdığını vurğulayıb.
- İrandan PUA ilə narkotik keçirilməsinin qarşısı alındı
- “Azərsun Holdinq” Barbekü festivalının baş sponsorlarındandır
- Prezidentin köməkçisindən icra başçılarına çağırış
- Şuşada bu işləri görmək qadağan edilir
- DOST mərkəzi yanır
- Temperatur 35 dərəcəyə yüksələcək
- Sabah 35° isti olacaq
- Nazir hesabat verdi: Dövlət büdcəsi xərclərinin 40%-i...