Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 18-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 18-22° isti, gündüz 29-34° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-23°, bəzi yerlərdə 25-30° isti olacaq.
- Bakıda koreyalı atanın məzun övladını dediyi sözlər... - Video
- Suriyadan gətirilmiş 23 Azərbaycan vətəndaşı...
- Polşada azərbaycanlı sürücüyə hücum - Foto
- Bakıda 76 yaşlı kişi yıxılaraq öldü
- Bakıda restoranın dolabından beş min dollar oğurlandı
- Ağdam və Füzulidə 33 il sonra "Son zəng” çalındı - Foto
- Gəncədə faciə: kişi tut ağacından yıxılıb öldü
- Sabah hava necə olacaq?