AzerGold QSC tərəfindən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nümayəndələri üçün Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə (ÇİRES) infotur təşkil edilib.
Ölkənin qeyri-neft sənayesinin mühüm istiqamətlərindən biri olan dağ-mədən sektorunda həyata keçirilən fəaliyyət və istehsal prosesləri ilə yaxından tanışlıq məqsədi daşıyan infoturda İİTKM-in icraçı direktoru Vüsal Qasımlı, Mərkəzin məsul əməkdaşları, həmçinin Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov iştirak edib.
AzerGold QSC və İİTKM-in fəaliyyətlərinin 10 illiyi münasibətilə təşkil olunan tanışlıq səfəri çərçivəsində AzerGold QSC-nin İdarə Heyətinin üzvü – Sədrin müavini Xəyyam Fərzəliyev dövlət şirkətinin fəaliyyət istiqamətləri, əldə etdiyi nəticələr və strateji hədəfləri barədə ətraflı məlumat verib.
Daha sonra iştirakçılara ÇİRES-in fəaliyyəti, hasilat və emal prosesləri, istehsalatda tətbiq olunan müasir texnologiyalar, əməyin mühafizəsi və sənaye təhlükəsizliyi standartları barədə təqdimat keçirilib. İnfotur iştirakçıları müəssisənin istehsalat sahələrinə baxış keçirərək ölkənin strateji ixrac məhsullarından biri olan qızılın emal mərhələlərini yerində izləmək imkanı əldə ediblər.
Səfər zamanı AzerGold QSC-nin həyata keçirdiyi korporativ sosial məsuliyyət layihələri, eləcə də ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf istiqamətində görülən işlər barədə məlumat təqdim olunub.
Qeyd edək ki, AzerGold QSC tərəfindən dövlət qurumları, qeyri-hökumət təşkilatları, media nümayəndələri və digər maraqlı tərəflər üçün mütəmadi olaraq təşkil edilən infoturlar şirkətin fəaliyyəti, eləcə də ölkənin dağ-mədən sənayesi barədə məlumatlılığın artırılmasına və tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət edir.
- FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edildi
- Əli Əsədov yeni qərar imzaladı
- İlqar Hacıyevə yüksək vəzifə verildi
- Bakı Limanında quru yük aşırılması 77% artıb
- Hirkan Milli Parkında şəlalədə çimərkən batdı
- “Sədərək”də biznesmen bıçaqlandı
- Bakı metrosu ilə bağlı 180 milyonluq müqavilə... - Foto
- Bakının bu ərazisində yanğın başladı - Video