Rusiyanın məhkəmə icraçıları yanvar-iyun ayları ərzində ölkədə qalma qaydalarını pozmuş 4050 əcnəbini Sankt-Peterburqda yerləşən Pulkovo hava limanında sərhəd nəzarətinə təhvil veriblər.
BUTA.TV lent.az-a istinadla xəbər verir ki, həmin şəxslərin hamısı məhkəmə qərarı ilə ölkədən çıxarılıb.
Ölkədən çıxarılanların əksəriyyətini Özbəkistan və Tacikistan vətəndaşları təşkil edib. Siyahıda Azərbaycan, Pakistan, Nigeriya, Livan, İordaniya, Sudan və Braziliyadan olan şəxslər də yer alıblar. Bəzi şəxslərdə isə ümumiyyətlə heç bir ölkənin vətəndaşlığı olmayıb. Qanunsuz şəkildə ölkəyə daxil olduqlarına və ya Rusiyada qalma rejimini pozduqlarına görə onların hər biri inzibati məsuliyyətə cəlb edilib.
Qeyd edək ki, ötən 2025-ci il ərzində Sankt-Peterburqdan 8 mindən bir qədər çox miqrant ölkədən çıxarılıb.
- Qurtuluş Günü: Xətaidə konsert təşkil edildi - Video
- Prezident Kral III Çarlzı təbrik etdi
- DYP-dən sürücülərə müraciət
- Bu gün məzun olan şəhid övladları - Siyahı
- Bu ərazilərə yağış yağır
- 4 min əcnəbi Piterdən çıxarıldı: azərbaycanlılar da var
- Nazir məzunlarla “Yallı” oynadı - Video
- AZAL Naxçıvana reysləri bərpa etdi