Bu gün səhər saatlarında Ağdam rayonunda mağazaya düşən ildırım yanğına səbəb olub.
BUTA.TV xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində baş verib.
Məlumata görə, ildırım kənd sakini İbadov Fikrət Soltan oğluna məxsus mağazaya düşüb və yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Alovun yaxınlıqdakı yaşayış evinə keçməsinin qarşısı alınıb.
Yanğın söndürülüb.
- İntensiv yağış yağacaq – Xəbərdarlıq
- Qandonduran hadisə: ana iki övladını, görün, necə öldürüb
- Tovuzda gənc oğlan çayda batdı
- "Samur" sərhəd komendantlığı xidməti istifadəyə verildi
- Rasim İldırımzadəyə hökm oxundu
- Xanım sahibkar ölkədən 200 min dollar çıxartdı
- Əsədovdan aqrar sektorla bağlı qərar
- Qubada yolun asfalt örtüyü çökdü - Foto