Ötən gün Bakının ən böyük ticarət obyektlərindən biri olan "Sədərək" Ticarət Mərkəzinin qapalı korpuslarından birində yüksək gərginlikli elektrik xətlərində qəfil partlayışlar baş verib.
Diqqət çəkən məqam isə bu mərkəzdə belə hadisələrin tez-tez təkrarlanmasıdır.
BUTA.TV xəbər verir ki, təhlükəsizlik eksperti Samir Nəbiyev Bakupost.az-a açıqlamasında əsas problemin mövcud elektrik şəbəkəsinin real yükə hesablanmamasının olduğunu bildirib.
“Köhnədən çəkilən xətlər müəyyən formada hesablanmış qoşulmalar üçün nəzərdə tutulmuşdursa, hazırda qoşulanların sayı artıb və mövcud xətt artıq bu yükə cavab vermir. O cümlədən naqillərin köhnə olması, profilaktik texniki baxışın yetərsizliyi və avtomatik yanğın mühafizə sistemlərinin olmaması da problemin əsas səbəblərindəndir”, - o deyib.
Digər təhlükəsizlik eksperti Elmar Nurəliyev isə qeyd edib ki, bütün təyinatlı obyektlərdə elektrik təhlükəsizliyi məsələsi ön planda olmalıdır:
“Statistikaya baxdıqda görürük ki, yanğınların əksəriyyəti elektrik qısaqapanmalarının payına düşür. Yəni elektrik təsərrüfatı nasaz vəziyyətdə olarsa, keyfiyyətsiz elektrik naqillərindən istifadə edilərsə, düzgün izolyasiya təmin olunmazsa, elektrik şəbəkəsinə hansısa kənar müdaxilə edilərsə və ya şəbəkə normadan artıq yüklənərsə, bu, əlbəttə ki, qızma, qısaqapanma və yanğınla nəticələnə bilər.
Bu baxımdan, elektrik təsərrüfatını daim saz vəziyyətdə saxlamaq, müqavimətə davamlılığını yoxlamaq, normadan artıq yüklənmənin qarşısını almaq vacibdir. Kustar üsullarla hazırlanmış cihazların şəbəkəyə qoşulmasına yol verilməməli, eləcə də bu sahə üzrə ixtisaslaşmamış şəxslər elektrik təsərrüfatına müdaxilə etməməli və təmir işləri aparmamalıdır. Bu cür işlər yalnız ixtisaslaşmış müəssisələrə və peşəkar mütəxəssislərə həvalə olunmalıdır”.
Xatırladaq ki, ötən ilin avqust ayında da "Sədərək" ticarət mərkəzində yanğın baş vermiş, nəticədə 10-dan çox adam tüstüdən zəhərlənmişdi.
- Nazirdən fermerlərə şad xəbər
- Bakıdakı pullu çimərliklərə giriş qiymətləri
- Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlandı
- Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
- Bakının əsas prospektləri birləşəcək - Rəsmi
- Məktəbli formasına dair tələblər hüquqi müstəvidə təsbit edilir
- Məhkəmə Əli Kərimli barədə qərar verdi
- Niyə “Sədərək” hər yay yanır? - Səbəb