Helikopter qəzasında ölənlərdən biri də odur - Konsert üçün gedibmiş

15:45 - 15 İyun 2026 - GÜNDƏM

 Helikopter qəzasında ölənlərdən biri də odur - Konsert üçün gedibmiş

Xəbər verdiyimiz kimi, Braziliyanın Rio-de-Janeyro şəhərində iki helikopterin havada toqquşması nəticəsində 6 nəfər həyatını itirib.

BUTA.TV” xarici KİV-ə istinadən xəbər verir ki, helikopterdə 32 yaşlı amerikalı müğənni Oliver Tri də olub.

Faciə sənətçinin San-Pauluda çıxış edərək dünya turnesində olduğu zaman baş verib. 

Qeyd edək ki, toqquşmadan sonra yerə düşən helikopterlərdən biri elektrikli avtomobillərin satıldığı mərkəzə çırpılıb və partlayış baş verib. Nəticədə ərazidə yanğın genişlənib, təxminən 20 avtomobil yanaraq yararsız hala düşüb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol