Binada olan liftin biri sakinlərin istifadəsinə verilmir.
“BUTA.TV” xəbər verir ki, bu iddia ilə Xətai rayonu ərazisində yerləşən və “İnter” MMC-yə məxsus olduğu bildirilən yaşayış binasının sakinləri çıxış ediblər.
Onların sözlərinə görə, üç liftdən biri yalnız müəyyən mərtəbələrə - 1, 2, 3, 4, 21, 22 və 23-cü mərtəbələrə xidmət göstərir.
Sakinlər bildirirlər ki, premium yaşayış kompleksi kimi təqdim olunan binada liftlərin keyfiyyəti və istifadəsi ilə bağlı ciddi narazılıqlar var. Bundan əlavə, zibil qablarının giriş qapılarının yaxınlığında yerləşdirilməsi də sakinlərin narahatlığına səbəb olur.
Bildirilir ki, istifadədə olan digər liftlərdə də tez-tez texniki nasazlıqlar yaranır.
Məsələ ilə bağlı şirkətin əməkdaşı olan İlqar adlı şəxs qeyd edib ki, sözügedən liftdə təmir işlərinə başlanılıb.
Daha ətraflı “Xəzər TV”nin videomaterialında:
- DİN-dən "Son zəng"lə bağlı məlumat...
- Tramp ad günündə müqaviləni imzalamaq istəyir - SEPAH
- “Aqrar sahənin dünya standartlarına çatdırılması üçün inqilabi yeniliklərə ehtiyac yoxdur” - Ekspert
- Bakıda bu parkinqlərin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq - Siyahı
- Flora Kərimovanın son durumu açıqlandı
- “Deyirdi, lift işləmir, qohum-əqrəbalarının qaldığı mərtəbələrə qalxırmış” - Video
- Naxçıvana uçan təyyarə ildırımlı havaya görə geri qayıtdı
- Flora Kərimova xəstəxanaya yerləşdirildi - Müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürüldü