Nə dilək tutmuşdu? - Tarixə düşən ad günü

11:58 - 15 İyun 2026 - GÜNDƏM

 Nə dilək tutmuşdu? - Tarixə düşən ad günü

Ötən gün ABŞ Prezidenti Donald Trampın 80 yaşı tamam olurdu.

BUTA.TV”nun məlumatına görə, Ağ Evi indiyədək ən yaşlı rəhbəri olan Tramp üçün ötən gün başqa cür də əlamətdar olub.

Belə ki, gecə saatlarında onun “Truth Social” hesabından yaydığı açıqlama böyük rezonans doğurdu.

İranla uzun müddətdir davam edən qarşıdurmanı yekun anlaşma ilə çərçivəyə salan Ağ Ev rəhbəri bəlkə də özünə ən böyük siyasi hədiyyəni bağışladı.

Bu xəbər hal-hazırda çox oxunur
Tramp da tarixi razılaşmanı elan etdi

Aylardır dünyanın “ürəyinin döyündüyü”, neft qiymətlərinin kəskin dəyişməsinə səbəb olan Hörmüz boğazında blokada aradan qalxdı.

Bununla da beynəlxalq gəmiçilik və enerji axınlarının bərpası üçün yaşıl işıq yandı.

ABŞ siyasətində liderlərin böyük qərarları şəxsi və ya simvolik tarixlərlə əlaqələndirməsi yeni deyil.

Onlar tez-tez mühüm çıxışlarını Müstəqillik Günü, seçki kampaniyalarının başlanğıcı, prezidentlik dövrünün simvolik günləri və ya tarixi ildönümlərinə salmağa çalışıblar.

Ronald Reyqan iqtisadi və siyasi mesajlarını tez-tez milli simvolizmlə birləşdirirdi, Barak Obama bir sıra tarixi çıxışlarını xüsusi siyasi və ictimai məna daşıyan günlərdə edirdi, Elə Trampın özü də daim mühüm siyasi mesajların təqdimatında simvolik zamanlamadan istifadə etməsi ilə seçilib.

Axı siyasətdə qərarın özü qədər onun hansı gündə elan edilməsi də mesajın bir hissəsidir.

Məhz buna görə, ABŞ lideri açıqlamasında bildirib ki, əldə olunan bu böyük razılaşma təkcə iki tərəf arasında deyil, bütövlükdə region üçün yeni təhlükəsizlik və sabitlik mərhələsi yarada bilər. Tramp xüsusilə vurğulayıb ki, ondan əvvəl bir çox ABŞ prezidenti İranla uzunmüddətli sülh qurmağa çalışsa da, nəticə əldə edə bilməyib.

Sanki anlaşma təkcə diplomatik uğur yox, həm də onun özünə etdiyi siyasi ad günü hədiyyəsi kimi yaddaşlara həkk olundu.

Trampın xəbəri təqdimetmə forması isə təqvimdə dəyişməz olaraq qalacaq.

Bununla belə, hazırkı mərhələdə elan olunan çərçivənin tam hüquqi və siyasi nəticələri hələ qarşıdakı proseslərdən asılı olacaq.

Telli Minbir


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol