Bakıda torpaq bazarında yeni qiymətlər: 500 minə qədər...

15:33 - 15 İyun 2026 - GÜNDƏM

 Bakıda torpaq bazarında yeni qiymətlər: 500 minə qədər...

Paytaxtda torpaq sahələrinin qiymətlərində artım müşahidə olunur. Hazırda Bakının müxtəlif ərazilərində çıxarışlı torpağın bir sotunun dəyəri təxminən 5 min manatdan başlayaraq 500 min manata qədər yüksəlir.

BUTA.TV Milli.az-a istinadla xəbər verir ki, mütəxəssislər yay mövsümünün yaxınlaşması və fərdi ev tikintisinə marağın artmasının torpaq bazarında hərəkətliliyi artırdığını deyib.

Alıcıların üstünlük verdiyi əsas seçim isə sənədləri qaydasında olan, çıxarışla təmin edilmiş torpaq sahələridir. Bunun əsas səbəbi gələcəkdə ev tikintisi zamanı kommunal xidmətlərin qoşulması ilə bağlı problemlərin qarşısını almaq istəyidir.

Əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev bildirir ki, mövsümi amillər də qiymətlərin formalaşmasına ciddi təsir göstərir.

Onun fikrincə, hava şəraitinin tikinti işləri üçün daha əlverişli olduğu yaz və yay aylarında torpağa tələbat ənənəvi olaraq artır. Bu isə bəzi satıcıların qiymətləri yüksəltməsinə və bazarda bahalaşmanın sürətlənməsinə səbəb olur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol