Sərnişin avtobusu “Renc Rover”lə toqquşdu: yaralılar var

18:51 - 15 İyun 2026 - GÜNDƏM

 Sərnişin avtobusu “Renc Rover”lə toqquşdu: yaralılar var

Bakı-Qazax-Gürcüstan avtomobil yolunda sərnişin daşıyan mikroavtobus qəza törədib.

BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, hadisə magistral yolun Zazalı qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, qəza zamanı bir ailənin üzvləri - 1989-cu il təvəllüdlü Əli Süleymanov, 1996-cı il təvəllüdlü Ruhanə Məmmədova, azyaşlılar - 7 yaşlı M.Süleymanova və 2 yaşlı Ə.Süleymanov, həmçinin Alim Məmmədov, Elnurə Həsənova, Samirə Məmmədova və Asəf Mehdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol