Ağ Evin dünya çempionatına hazırlıq üzrə işçi qrupunun rəhbəri Endrü Culiani ABŞ Prezidenti Donald Trampın turnir oyunlarını hər an canlı izləməyə gələ biləcəyini açıqlayıb.
“BUTA.TV” xəbər verir ki, o, bu barədə CNBC telekanalına müsahibəsində danışıb.
Jurnalistin ABŞ liderinin mundial qarşılaşmalarında şəxsən iştirak edib-etməyəcəyi ilə bağlı sualına Culiani maraqlı cavab verib:
“30 ildən çoxdur dostluq etdiyim rəhbərim haqqında yalnız onu deyə bilərəm ki, o, intriqa yaratmağı çox sevir. Ona görə də sadəcə xəbərləri izləyin. Prezident Trampın olduğu yerdə hər an sürprizlər gözlənilir. Hazırda müxtəlif irimiqyaslı tədbirlərdə iştirak edən və mühüm siyasi məsələlərə diqqət ayıran Trampın iş qrafiki olduqca gərgindir”.
Qeyd edək ki, iyunun 11-dən iyulun 19-na qədər davam edəcək dünya çempionatı ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi ilə keçirilir. Turnirin sonuncu çempionu 2022-ci ildə Fransanı məğlub edən Argentina millisidir.
- Memorandumu onlar imzalayıblar - Adlar
- Naxçıvan reysində qorxulu anlar: Qadın qapını açmaq istədi...
- İspaniya Kabo-Verdeyə qarşı - Yenilənir
- Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
- “O, intriqa yaratmağı çox sevir” - Hər an DÇ-də ola bilər
- Sərnişin avtobusu “Renc Rover”lə toqquşdu: yaralılar var
- 20 ildir ki, o kuboku istəyir... - Fotolar
- Sumqayıtda əməliyyat: qadın saxlanıldı