Memorandumu onlar imzalayıblar - Adlar

20:29 - 15 İyun 2026 - GÜNDƏM

 Memorandumu onlar imzalayıblar - Adlar

ABŞ Prezidenti Donald Tramp, vitse-prezident Cey Di Vens və İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf iki ölkə arasında əldə olunmuş anlaşma memorandumunu elektron formada imzalayıblar.

BUTA.TV” xəbər verir ki, bu barədə məlumatı “Axios” portalının jurnalisti Ağ Ev rəsmisinə istinadən özünün “X” sosial şəbəkə hesabında paylaşıb.

Sənədin imzalanmasından dərhal sonra İranın xarici işlər naziri Seyid Abbas Əraqçi bildirib ki, İslam Respublikası və ABŞ nümayəndə heyətləri iyunun 19-da Cenevrədə görüş keçirə bilərlər. O qeyd edib ki, memorandumun imzalanması ilə danışıqların növbəti mərhələsinin ilk raundu başlamış olacaq.

İran XİN-in rəsmi nümayəndəsi İsmayıl Bəqai isə bəyan edib ki, Tehran Vaşinqtonla sənədin tam imzalanma mexanizmi barədə yekun qərarı iyunun 15-i və ya 16-da qəbul edəcək. Pakistan Baş naziri Şahbaz Şərif də ABŞ və İranın sazişi rəsmən iyunun 19-da İsveçrədə bağlayacaqlarını elan edib ki, bu məlumat sonradan Vaşinqton tərəfindən də təsdiqlənib.

Xatırladaq ki, “Reuters” agentliyinin yazdığına görə, memorandum layihəsinə Hörmüz boğazının yenidən fəaliyyətə başlaması, İrana qarşı tətbiq edilən neft sanksiyalarının ləğvi, Tehranın nüvə silahı istehsal etməmək və əldə etməmək barədə öhdəliyi, eləcə də Amerika tərəfinin İran limanlarına qoyduğu dəniz blokadasının qaldırılması kimi bəndlər daxildir. Tərəflər arasında yekun sülh müqaviləsi üzərində işlərin 60 gün ərzində tamamlanması planlaşdırılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol