Bir sıra xətalara görə tətbiq olunan cərimələrin və cərimə ballarının yenidən nəzərdən keçirilməsinə ehtiyac var. Vətəndaşlar müəyyən sosial-iqtisadi çətinliklərlə üzləşirlər və bu cəzaları ödəməkdə çətinlik çəkirlər. Üstəlik, bəzi hallarda həm pul cəriməsinin, həm də cərimə balının eyni vaxtda tətbiqi əlavə problemlər yaradır. Bu istiqamətdə cəzaların daha humanist formada tənzimlənməsi məqsədəuyğun olardı.
Bu sözləri BUTA.TV-a açıqlamasında deputat Fazil Mustafa sürücülər üçün tətbiq olunan cərimə balı sistemində mümkün dəyişikliklərdən danışarkən deyib.
Deputat bildirib ki, hazırda müzakirə olunan 20 ballıq limitin artırılması təşəbbüsü vətəndaşlar üçün müəyyən mənada yüngülləşdirici addım sayıla bilər:
“İnsanların böyük əksəriyyəti avtomobildən istifadə edir və bu, hər kəsin qarşılaşa biləcəyi məsələdir. Ona görə də bəzi kateqoriyalar üzrə həm cərimənin, həm də cərimə balının eyni vaxtda tətbiqindən imtina olunması daha düzgün yanaşma ola bilər. Bununla yanaşı, müəyyən pozuntular üzrə cəzaların da yenidən qiymətləndirilməsi mümkündür.
Cərimə sisteminin aradan qaldırılması doğru olmazdı. Bu o demək deyil ki, bütün cərimələr ləğv edilməlidir. Çünki belə olan halda sürücülərin qaydalara əməl etmə motivasiyası zəifləyə bilər. Burada əsas məqsəd yol hərəkəti təhlükəsizliyini qorumaqla yanaşı, vətəndaşlara münasibətdə daha balanslı və humanist yanaşmanın tətbiq edilməsidir”.
- Qarabağa köçən neçə nəfər məşğulluqla təmin olunub?
- Bakıda xanım sərnişin avtobusa hücum etdi - Video
- Ölkədə bütün ambulans parkları ilə bağlı yeni xəbər
- AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
- Türk bloqerə dediklərinə görə peşman olduğunu açıqladı
- Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı tələblər
- Bu marketdə istehlaka yararsız məhsullar aşkarlandı
- Rusiyalı tədqiqatçıdan Xəzərlə bağlı bədbin proqnoz