1 aydır itkin düşən qadın İmişlidə tapıldı - Yenilənib

18:35 - 7 İyun 2026 - GÜNDƏM

 1 aydır itkin düşən qadın İmişlidə tapıldı - Yenilənib

Bakıda Tovuz rayon sakini olan 38 yaşlı qadın itkin düşüb.

BUTA.TV” xəbər verir ki, 07.11.1988-ci il təvəllüdlü Bayramova Cəmilə Ceyhun qızı bu il mayın 11-də paytaxtın Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, ev 27, mənzil 40 ünvanında ailəsi ilə birlikdə kirayədə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

İtkin düşən şəxs 1.73 sm. boyunda, orta bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, saçları isə qaradır. Məlumata görə, C. Bayramova hicablı olub. Evdən çıxarkən əynində ağ jaket, boz cins şalvar və ağ idman ayaqqabısı (krossovka) olduğu ehtimal edilir.

Şəkildəki şəxsi tanıyanlardan, görənlərdən və ya barəsində hər hansı məlumatı olanlardan Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi” Xidmətinə, yaxud da aşağıdakı mobil nömrələrə zəng vuraraq məlumat vermələri xahiş olunur:

+994 99 384 71 11, +994 50 592 25 70, +994 55 892 20 08, +994 55 616 97 39

***

1 aydır itkin düşən qadın İmişlidə tapıldı.



Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol