İyunun 7-nə keçən gecə Naxçıvanda 7 yaşlı uşağın kanalda bataraq həyatını itirdiyi hadisə Muxtar Respublikada geniş rezonans doğurub.
“BUTA.TV” xəbər verir ki, Naxçıvanın Qaraxanbəyli kəndi ərazisində velosiped sürərkən kanala yıxılan 2019-cu il təvəllüdlü Elmir Cahangir oğlu Qurbanovun huşsuz halda xəstəxanaya çatdırıldığı, lakin həyatının xilas edilməsinin mümkün olmadığı bildirilib.
Məlumata görə, axşam saatlarında 7 yaşlı Elmirdən xəbər ala bilməyən yaxınları onu axtarmağa başlayıb. Axtarışa qonşular, qohumlar və digər şəxslər də qoşulub və Elmirin velosipedi kanalın yaxınlığında tapılıb.
Sudan çıxarılan uşaq Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, artıq gec imiş.
Binəqədidə yaşayış binasındakı yanğın söndürüldü - Yenilənib-Fotolar-Video
Xəbəri rus dilində oxuyun: Искали всем селом: подробности трагедии в Нахчыване - ФОТО
Bildirilib ki, faciəvi şəkildə həyatını itirən Elmir Naxçıvanda tanınmış ailənin övladı olub. Onun atası Cahangir Qurbanov tanınmış musiqiçi, Prezident mükafatçısı, Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin bədii rəhbəri və baş dirijorudur.
Azyaşlının əmisi general-leytenant Babək Qurbanov Vətən Müharibəsi Qəhrəmanıdır. Digər əmisi Bayram Qurbanov isə XTQ-nin polkovnik-leytenantıdır. Onların ikisi də hazırda ehtiyatdadır.
Babək Qurbanovun əkiz qardaşı Bayram Qurbanov da qardaşı kimi Vətən Müharibəsinin iştirakçısı olub və Prezident tərəfindən Şuşanın, Kəlbəcərin, Cəbrayılın azad olunmasına görə, eləcə də “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.






- MM-də müzakirələr başladı
- Paşinyandan sülh sazişi barədə - Açıqlama
- Bakıda telefonların səbəb olduğu qəzalar - Anbaan Video
- “Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır
- Bakıda 13 yaşlı oğlan və atası dəm qazından öldü
- Qəbul imtahanlarının düzgün cavabları açıqlandı
- İmişli sakini Araz çayında batdı
- Mənzildən ata və məktəbli oğlunun meyiti tapıldı - Foto