Ötən həftə Naxçıvana arxeoloji səfər zamanı bölgənin qədim tarixi ilə bağlı dəyərli tapıntı qeydə alınıb. Belə ki, təxminən 2800 illik yaşı olan qayaüstü Urartu mixi yazısının yeri müəyyən edilib. Lakin yazının Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu tərəfindən təqdim olunan tərcüməsi müzakirələrə səbəb olub.
BUTA.TV Bakupost.az-a istinadla xəbər verir ki, tanınmış tədqiqatçı Taryel Azərtürk institutu yanlış tərcümə verməkdə və erməni mənbələrinə istinad etməkdə ittiham edib. O, həmçinin yazının Urartu deyil, türk dilində olduğunu iddia edib.
Tədqiqatçı iddiasında qeyd edib ki, həmin yazı 1988-ci ildə erməni hidrogeoloq İqumnov tərəfindən aşkar edilib, 1989-cu ildə isə fotoşəkilləri çəkilərək İrəvana aparılıb və daha sonra "Ocasar–İlandağda (Naxçıvan) Urartu yazısı" adı ilə italyan urartoloqu Miryo Salvininin köməkliyi ilə İtaliyada nəşr olunan “Anadolunun tədqiqi” adlı jurnalda dərc olunub:
“Mən bu yazını ədəbiyyatdan tapıb öz metodumla modelləşdirəndə aydın oldu ki, uydurma Urartudan orada heç nə yoxdur. Türk dilinin başına-gözünə döyərək, oradakı sözlərdən olmamış yer adları düzəldilib. Guya Urartu çarı Sardurinin oğlu İşpuininin oğlu Minuanın döyüş səhnələrini elan edir və onun hücum edərək şəhər və kəndləri işğal etmiş, əhalisini sürgün etmiş, əsir götürmüş qəhrəmanlıqlarından danışır. Sonda əmr edir ki, Pulua dağında bir buzovu guya Haldininin allahının şərəfinə qurban kəsməklə qələbəsini qeyd etsinlər”.
Emin Ağalarov atasının ikinci evliliyindən danışdı - “Mediadan öyrəndim”+Video
T.Azərtürkün sözlərinə görə, yazıda Urartu hökmdarları İşpuini və Minuanın yürüşlərindən deyil, təxminən 3 min il əvvəl Naxçıvan, İrəvan (gil yazıda “İribuni” kimi qeyd olunur) və Bitlisə qədər uzanan ərazilərin hakimi olmuş Sərdar adlı şəxslə Lidiya kralı Karun arasında baş vermiş razılaşmadan bəhs edilir:
“Karun Lidiya imperatorluğunun kənarındakı Bitlis ərazisində olmuş qala-şəhər Müqəddəs Haldinini (indi türkcə Kef qalası adlanır) Sərdara satıb və beh kimi ondan min qızıl pul da alıb. Yazı deyir ki, Karun sözündən qaçır və qalanı satmır. Ancaq beh pulunu qaytarır. Və pulu almaq üçün “sabahısı gün” Sardur Haldiniyə səfər edir. Və beh pulundan Haldini pirinə “Aya” pulu (qudsallıq pulu) da salır”.
Taryel Azərtürk tərəfindən təqdim edilən tərcümə:
Tədqiqatçı əlavə edib ki, bu yazı Naxçıvanın 3 min il əvvəl qədim türk coğrafiyasına aid olduğuna dair yeganə “yazılı sübut”u kimi dəyərləndirilməlidir:
“Qərb alimləri Osmanlı imperiyasına qəsd üçün Sarduri, İşpuini, Minua, Sarduri və s. Urartu çarları sülaləsi düzəldib, türkün həm dünəninə, həm də bu gününə qılınc çalırlar. Türkcə olan bu yazı üç min il bundan qabaq Naxçıvanın türk şəhəri olduğuna dair yeganə yazılı pasportdur. Onu göz bəbəyi kimi qorumaq lazımdır”.
Sözügedən iddialarla bağlı AMEA Arxeologiya və Antropologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən cavab olaraq bildirilib ki, İnstitut elmi-tədqiqat müəssisəsi olaraq öz adında əks olunduğu kimi arxeologiya və antropologiya sahələri üzrə tədqiqatlar aparır:
“AMEA Arxeologiya və Antropologiya İnstitutu olaraq akademik çevrədə qədim dillər, qədim yazılar üzrə illərlə ixtisaslaşmış və bu ixtisaslar üzrə elmi adlar almış və beynəlxalq elmi çevrədə tanınmış mütəxəssislər tərəfindən qəbul edilən transkripsiya və tərcümələrə istinad edirik. Göstərdiyimiz tərcümə İtaliya Milli Tədqiqat Şurasının nəzdindəki Egey dənizi və Yaxın Şərq sivilizasiyanın tədqiqat İnstitutunun professoru, urartoloq, mixi yazı üzrə mütəxəssis, dilçi, uzun müddət Türkiyə Cümhuriyyətində Urartu arxeologiyası üzrə arxeoloji qazıntılar aparmış, Türkiyənin "Arkeoloji ve sanat yayınları" akademik nəşriyyatı tərəfindən 2006-ci ildə "Urartu tarihi və kültürü" əsəri türkcə nəşr edilmiş doktor Miryo Salvini (Mirjo Salvini) tərəfindən verilib.
Təhsili və ixtisası bu elmi sahələrdən kənar olan, qədim dillər və yazılarla maraqlanan hər hansı bir həvəskar vətəndaş öz təxəyyülünun məhsulu olan fikir və iradlarla beynəlxalq məlumat bazalarında indeksləşən, qədim dillər və paleoqrafiya üzrə impakt-faktorlu elmi jurnallar vasitəsilə doktor M. Salviniyə və ya digər ciddi və tanınmış mütəxəssislərə müraciət edə bilər.
Eynilə də, urartologiya, türkologiya, qədim dillər, paleoqrafiya üzrə elmi ixtisaslaşması, bu sahələr üzrə elmi adı olmayan və bu sahədə akademik elmdə tanınmayan həvəskar vətəndaş qeyd edilən mətnin türk dilində olması ilə bağlı suallarını filologiya elmləri doktoru Firudin Cəlilov (Ağasıoğlu), filologiya elmləri doktoru Nizami Cəfərov kimi Azərbaycanın tanınmış türkoloqlarına, həmçinin, dünyada tanınan türkoloqlar - professor Anna Dıboya, Peter Qoldenə ünvanlaya bilər”.
İnstitut tərəfindən təqdim edilən tərcümə:
- "Azərbaycan Dəmir Yolları" mayda yükdaşımanı 23% artırıb
- “Azərsun Holdinq” Biləsuvar Konserv Zavoduna mediatur təşkil edib
- Naxçıvanda 2800 illik yazı: Ermənilərə istinadla tərcümə edilib?
- Xaricdə təhsil üzrə sənəd qəbulu başa çatdı
- Prezident fərman imzaladı
- Prezidentdən Ramiz Fətəliyevlə bağlı sərəncam
- “Bakcell”in yeni baş icraçı direktoru o seçildi
- Novxanıda gizli narkobunker aşkarlandı - Video