Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, “Milenium Konqres Turizm” şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev vəfat edib.
BUTA.TV Sfera.az-a istinadla xəbər verir ki, onun səhhətində qəfil pisləşmə qeydə alınıb və o, tibbi yardım üçün xəstəxanaya aparılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Ölüm səbəbi ilə bağlı dəqiq məlumat hələlik açıqlanmayıb.
Qeyd edək ki, Ruslan Quliyev Azərbaycanda turizm sahəsinin inkişafında fəal iştirakı ilə tanınırdı və uzun illər müxtəlif layihələrə rəhbərlik edib. Allah rəhmət eləsin.
- İki maşın toqquşdu: ölənlər var - Video
- Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirdi
- 1 meyit başı üçün 7650 manat ödənilir - Video
- Xızı–Altıağac yolu çökdü: AAYDA-dan reaksiya - Video
- Xocavənd sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirildi
- Xanım deputatımızın bu çıxışı tənqid edildi - Video
- Bu həftə ardıcıl 3 gün iş olmayacaq
- Bakı-Ağstafa-Bakı qatarına əlavə reyslər təyin edildi