Xızı–Altıağac avtomobil yolunda sel nəticəsində yaranmış ilkin fəsadların aradan qaldırılması məqsədilə ərazidə təxirəsalınmaz tədbirlərin icrasına start verilib.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
"Xızı-Altıağac avtomobil yolu üzrə layihələndirmə işləri davam etdirilir. Bununla yanaşı, nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması nəzərdə tutulur.
Bu ilin mart–aprel aylarında müşahidə olunan intensiv leysan yağışları nəticəsində Bakı şəhərində və respublikanın bir sıra bölgələrində sel və daşqın hadisələri baş verib, bunun nəticəsində yaşayış məntəqələrinə, mühəndis-kommunikasiya şəbəkələrinə və xüsusilə yol infrastrukturuna ciddi ziyan dəyib.
Emin Ağalarov atasının ikinci evliliyindən danışdı - “Mediadan öyrəndim”+Video
Sel və daşqınların fəsadlarının aradan qaldırılması, zərər görmüş nəqliyyat infrastrukturunun bərpası və gələcəkdə oxşar risklərin minimuma endirilməsi məqsədilə Azərbaycan Prezidentinin "Sel və daşqınların təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamına uyğun olaraq, Xızı–Altıağac avtomobil yolu da daxil olmaqla, ümumilikdə 25 avtomobil yolunda bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi nəzərdə tutulur", - məlumatda deyilir.
AAYDA vurğulayıb ki, hazırda qeyd olunan avtomobil yollarının əksəriyyətində müvafiq işlərə başlanılıb:
"Həyata keçirilən tədbirlər yol infrastrukturunun dayanıqlığının artırılmasına, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə və bölgənin nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına xidmət edir".
- Bakıda kişi dostunu öldürdü
- Bu nazirə yeni müşavir təyin edildi
- Qarabağ və Şərqi Zəngəzurda səyyar görüşlər keçirildi
- Şortikə görə gənci söyən şəxs üzr istədi - Video
- İki maşın toqquşdu: ölənlər var - Video
- Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirdi
- 1 meyit başı üçün 7650 manat ödənilir - Video
- Xızı–Altıağac yolu çökdü: AAYDA-dan reaksiya - Video