Qarabağ və Şərqi Zəngəzurda səyyar görüşlər keçirildi

14:45 - 8 İyun 2026 - GÜNDƏM

 Qarabağ və Şərqi Zəngəzurda səyyar görüşlər keçirildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Xocavənd, Xocalı və Cəbrayıl rayonlarında sakinlərlə, Zəngilanda isə işəgötürənlərlə növbəti səyyar görüşlər keçirilib.

BUTA.TV xəbər verir ki, sakinlərlə görüşlərdə onların məşğulluq imkanları qiymətləndirilib, peşə bacarıqları, əmək fəaliyyətinə maraqları, məşğulluq ehtiyacları araşdırılıb.

Agentlik tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri, o cümlədən, işlə təminat, özünüməşğulluq proqramı, peşə hazırlığı kursları və s. barədə ətraflı məlumat verilib.

Sakinlərin maraqlarına və əmək bacarıqlarına uyğun iş yerləri ilə təmin edilmələri, özünüməşğulluq proqramına, peşə hazırlığı kursları və digər tədbirlərə cəlb edilmələri üçün ilkin qeydiyyatı aparılıb.

İşəgötürənlərlə keçirilmiş görüşdə isə işğaldan azad edilmiş ərazilərdə məşğulluğun təminatı istiqamətində görülən birgə işlərdən bəhs olunub. Agentliyin fəaliyyət istiqamətləri, aktiv məşğulluq proqramları, işəgötürənlərlə birgə icra olunan layihələr diqqətə çatdırılıb.

Əlavə iş yerlərinin yaradılması, məqsədli proqramlar barədə də işəgötürənlər məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol