Sosial media asılılığının ailə büdcəsinə də birbaşa təsiri var.
BUTA.TV Trend-ə istinadla xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin üç komitəsinin bugünkü birgə iclasında deyib.
Komitə sədri bildirib ki, gənclər tərəfindən edilən impulsiv alışlar – oyun içi satınalmalar, influencer reklamları ilə yönəldilən istehlak, abunəlik xidmətləri – ailə büdcəsindən xeyli vəsait aparır.
“12-18 yaş qrupundakı gənclərin aylıq ortalama rəqəmsal xərcləri 40-70 manata, yəni orta ailə büdcəsinin 6-12 faizinə bərabərdir.
Emin Ağalarov atasının ikinci evliliyindən danışdı - “Mediadan öyrəndim”+Video
İnternet texnologiyaları uşaqları sadəcə sosial media vasitəsilə deyil, bir çox başqa yollarla da tələyə sala bilir. Fortnite, Roblox, PUBG kimi oyunlar milyonlarla uşağı hədəf alır. Oyunlarda "loot box" – yəni, şans əsasında mükafat qutusu mexanizmi Belçika, Hollandiya kimi ölkələr tərəfindən qanunsuz qumar mexanizmi olaraq qəbul edilib”.
- Xanım deputatımızın bu çıxışı tənqid edildi - Video
- Bu həftə ardıcıl 3 gün iş olmayacaq
- Bakı-Ağstafa-Bakı qatarına əlavə reyslər təyin edildi
- Ələsgər Məmmədliyə 15 il həbs tələb edildi
- Toplum TV işi üzrə təqsirləndirilənlərə cəza istənildi
- Sabahın havası: Yağış, 33 dərəcə isti...
- Ruslan Quliyev vəfat etdi
- Azərbaycanda vəzifəli şəxs vəfat etdi