Azərbaycanda istintaqa cəlb olunan “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov 2022-ci ildə Türkmənistanın o zamankı prezidenti Qurbanqulu Məlikquluyeviç Berdiməhəmmədovu da təltif edibmiş.
BUTA.TV Azxəbər.com-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda Eldar İsmayılov Türkmənistanda keçirilən böyük tədbirdə Berdiməhəmmədova “Dədə Qorqud” ordeni verir.
Təltifetmə mərasiminin videolarından görünür ki, Eldar İsmayılov Xəzərin o tayına tək getməyibmiş, yanında Azərbaycan Milli Məclisinin deputatı Eldar Quliyev də varmış.
Qeyd edək ki, Eldar İsmayılovun qanunsuz əməlləri ilə bağlı Cinayət Məcəlləsinin rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, əlavə hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə maddəsi ilə cinayət işi başlanılıb.
O, istintaqa cəlb edilib.
- Keçmiş nazir kuryer işləyir - Video
- Kazinoda görüntüsü yayıldı - Türkiyə baş konsulu geri çağırdı - Foto
- ABŞ İrana hücumların başa çatdığını açıqladı - Yenilənib
- Bu gün Bakının bu ərazilərində işıq olmayacaq
- Azərbaycan San Marinonu məğlub etdi - Video-Yenilənib
- “Məni vurdu, bildirdi ki, evdə desən, qiymətini kəsəcəyəm” - Video
- Bakının bəzi ərazilərində qaz olmayacaq
- Bu evlər cəmi 2 saata hazır olur