Qabil, Tural, Məhəmməd Bakıya gətirilir

14:36 - 30 Oktyabr 2025 - HADİSƏ

 Qabil, Tural, Məhəmməd Bakıya gətirilir

Xaricdə mühacir kimi yerləşərək, Azərbaycana qarşı informasiya savaşı aparan və milli dəyərlərə düşünülmüş surətdə hücum edən blogerlərlə bağlı müvafiq addımlar atılır.

BUTA.TV-ın əldə etdiyi məlumata görə, artıq Azərbaycan hüquq-mühafizə orqanları bu antimilli layihəni tamamilə aradan qaldırmaqda israrlıdırlar və bu şəxslərin ölkəyə gətirilməsi istiqamətində ciddi işlərə başlayıblar.

Bildirilib ki, həmin şəxslərin ölkəyə gətirilməsi üçün Avropanın hüquq sisteminə uyğun prosedurlar hazırlanır.

2018, 2019 və 2020-ci illərdə də Azərbaycan hüquq-mühafizə orqanları həmin şəxsləri cinayət əməllərinə görə beynəlxalq axtarışa vermişdi, ancaq Avropa ölkələrindən müsbət cavab almamışdı. Buna səbəb kimi sorğular zamanı həmin ölkələrin hüquq sisteminə uyğun boşluqlar buraxılması iddia edilir.

İndi isə “söyüş blogerləri”nin nümayəndələrinin gətirilməsi üçün Avropanın hüquq sisteminə tam uyğun hüquqi proseduralar tamamlanmaqdadır.

Qeyd edək ki, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Qabil Məmmədov, Qurban Məmmədov və digərlərinin Azərbaycana gətiriləcəyi ilə məlumatı millət vəkili Elman Nəsirov da təsdiqləyib. Millət vəkili TNS TV-yə müsahibəsində bildirib ki, həmin şəxslər Azərbaycana mütləq gətiriləcək, sadəcə zaman məsələsi var.

E.Nəsirov bu sözləri xüsusi əminliklə və vurğu ilə təkrarlayıb. Bu isə millət vəkilinin siyasi proqnozundan daha çox, hüquqi və siyasi proseslər haqda bilgisindən xəbər verir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol