Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla İslam Vahid oğlu Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
BUTA.TV Unikal-a istinadla xəbər verir ki, hazırda ölkəmizdə icra başçısı olmayan rayonların sayı 4-dür. Bunlar Balakən, Qax, Bakı şəhərinin Nəsimi və Naxçıvan Muxtar Respublikasının Culfa rayonlarıdır.
Balakənin eks icra başçısı İslam Rzayev korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində saxlanılıb.
Prezident İlham Əliyevin iyunun 21-də imzaladığı sərəncamla Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev vəzifəsindən azad edilib. O, həmin posta 2010-cu ildə təyinat almışdı.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) iyunun 20-də Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib və icra başçısı M.Şəkiliyevi saxlayıb. Səbail Rayon Məhkəməsi M.Şəkiliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur.
Bakının Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı postu da 2024-cü ildən etibarən boşdur.
2023-cü il avqustun 31-də Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev vəzifəsindən azad edilib. O, 2019-cu il aprel ayının 2-dən bu postda çalışırdı. İki ildən çoxdur Culfa rayonuna icra başçısı təyin edilməyib.
- Mehdiyev işində sürpriz adlar - Hədəfdə onlardır
- Bu rayonların icra başçısı yoxdur
- Trampın Asiya turu: ABŞ bu ölkəni itirir
- İsrail bombalayırsa, Azərbaycan niyə ordu göndərməlidir?
- Qabil, Tural, Məhəmməd Bakıya gətirilir
- Eldar Əzizov Mehdiyevin xəyanətinə eyham vurdu
- Yeni dövlət yaranır: türk, yoxsa yəhudi kimliyi olacaq?
- DTX icra başçısını Mehdiyev işinə görə saxlayıb? - Şok