Burada müharibə cinayətləri təqdim olundu. Səmimi desəm, böyük hissəsi ilə burada tanış oldum.
BUTA.TV xəbər verir ki, bu sözləri Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesində son söz nitqi zamanı təqsirəndirilən şəxs Araik Arutyunyan deyib.
"Mən çox məlumatlı adamam. Amma, Kəlbəcərdəki Tunel hadisəsini burada bildim. Məsələn, Bəylik bağı hadisəsini burada bilmişəm. Əlbəttə, bunlar hərbi cinayətlərdir və öz günahkarları var. Əgər günahkarlar bu dünyada cəzalanmayıblarsa, o biri dünyada öz əməllərinə görə cəzalanacaqlar", - deyə o bildirib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
- Bakıda 10 avtomobil toqquşdu - Video
- Belə hallar yeniyetmələri təhsildən yayındırır…
- "Bakıkart" bahalaşdı
- AAYDA-da qalmaqallı yoxlamalar: Keçmiş rəhbərliyin qanunsuzluqları...
- Bakıda taksi xidməti kəskin bahalaşdı
- Emin Xəzərin Dağıstan sahillərində otel tikmək istəyir
- Eks-məmur kommunal pulunu ödəmədi - Dava düşdü
- İrandan 32 kq narkotik keçirilməsinin qarşısı alındı - Foto