Əməkdar jurnalist, tanınmış keçmiş teleaparıcı Nəsimi Nəbizadə bir müddət öncə tərk etdiyi "Qurtuluş" reabilitasiya mərkəzinin barəsində başlanmış cinayət işi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
BUTA.TV xəbər verir ki, Oxu.az-a açıqlama verən jurnalist qeyd edib ki, məsələdən məlumatlıdır:
"Bu barədə xəbərim var. Eşitmişəm ki, Sumqayıt Şəhər Prokurorluğu mərkəzdə araşdırma aparıb. Həmin vaxt mən orda olmamışam. Eşitmişəm ki, faktlar üzrə cinayət işi başlanılıb. Amma mənim həmin mərkəzlə artıq əlaqəm yoxdur, ona görə də işin nə yerdə olmasından məlumatsızam".
N.Nəbizadə reabilitasiya mərkəzindən qaçması ilə bağlı yayılan məlumatlara da münasibət bildirib: "Qaçmaq nədir? Məni ora həm də əməkdaşlıq adı ilə dəvət etmişdilər, bu təklifi qəbul etmişdim. 4 ay orada qaldım, gördüm ki, işlə bağlı layihə reallaşmır. Ona görə də mərkəzdən ayrıldım.
Hazırda yeni iş təklifi almışam, onu dəyərləndirirəm. Yaxın vaxtlarda yəqin ki, yeni işimlə bağlı açıqlama verəcəyəm".
- Azərbaycanda 1 həftəlik ailəvi istirahətin qiyməti...
- DÇ öncəsi qalmaqallı qarşılama - Futbolçular cinayətkar kimi yoxlanıldı - Video
- “Döyüş başlıqları anbarlardan çıxarılır” - SIPRI-dən həyəcan təbili
- Trampdan Netanyahuya sərt xəbərdarlıq - “Tezliklə tək qalacaqsan”
- Eldar Əzizovun oğlu yüksək vəzifəyə təyin olundu
- Vurulan gəmidə olan azərbaycanlıdan xəbər yoxdur - Video
- Bu gecə “qovuşurlar”
- Belarus klubu ev oyunlarını Sumqayıtda keçirəcək