Van Dammın azərbaycanlı gəlinindən xəbərdarlıq

09:52 - 16 Yanvar 2026 - CƏMİYYƏT

 Van Dammın azərbaycanlı gəlinindən xəbərdarlıq

"Mənim və ya ailəm haqqında bizdən təsdiq almadan yalan məlumat yayan istənilən media səhifəsi şikayət ediləcək. Buraya köhnə fotoların, başqa insanlara aid uşaqların və ya uydurma hekayələrin istifadəsi daxildir. Bunu artıq görməzdən gəlməyəcəyəm".

BUTA TV” xəbər verir ki, bu sözləri Hollivud ulduzu Jan Klod Van Dammın azərbaycanlı gəlini, pianoçu Suada Hacızadə sosial şəbəkədə yazıb. O, ailəsi ilə bağlı yalan məlumat yayanlara xəbərdarlıq edib: "Yalan məlumat yaymağı dayandırın. Mənim və ailə üzvlərimin həyatı ilə bağlı yolverilməz və şəxsi suallar verməyi dayandırın. Hər şəxsi həyat ictimai mülkiyyət deyil.

İnternetdə gördüyünüz hər şeyə yoxlamadan inanmaq maraq deyil. Bu, tənqidi düşüncənin olmamasıdır. Saxta xəbərlərlə maraqlandıqda və onları yaydıqda, siz problemin bir hissəsinə çevrilirsiniz. Yalan və saxta məlumat yaymaq cahillikdir".

Qeyd edək ki, ötən gün yerli mediada Jan Klod Van Dammın illər əvvəl körpə uşaqla çəkilən görüntüləri yayılmışdı. Körpənin Suada Hacızadənin övladı olduğunu iddia edilmişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol